6-cı siniflər üçün Azərbaycan dili (dövlət dili) dərslik komplektində yol verilmiş texniki yanlışlıq
2021-ci ildə nəşriyyatımız tərəfindən hazırlanmış Azərbaycan dili dərslik komplektinin (dövlət dili) metodik vəsaitinin 113-cü səhifəsində Habil Yaşarın (Nəbiyev) “Bir millətin” səsi əsərindən bir hissə verilmişdir. Əsər məzmun baxımından dolğun, bir faciə zamanı baş vermiş həyat hadisələrini daha bariz şəkildə əks etdirdiyi üçün onun dərsliyə daxil edilməsinə üstünlük verilmişdir.
Lakin şeirin altında müəllifin adı Habil Nəbiyev deyil, səhvən Həbib Nəbiyev yazılmışdır. Müəllifin nəşriyyata müraciətindən sonra bu səhv dərhal aradan qaldırılmış, həmin səhifədə düzəliş edilmişdir.
Yol verilmiş səhvə görə təəssüf hissi keçirir, üzrxahlığımızı bildiririk.