Haqqımızda //

Ümumi məlumat

"Şərq-Qərb" Nəşriyyat evi 1986-cı ildən fəaliyyət göstərir və hər il ümumi tirajı 2 milyondan çox olmaqla yüksək səviyyəli və nəfis şəkildə çap məhsulları istehsal edir.

Hal-hazırda "Şərq-Qərb" Nəşriyyat evinin tərkibində aşağıdakı bölmələr fəaliyyət göstərir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, "Şərq-Qərb" Nəşriyyat evi tərəfindən yüzlərlə kitab nəşrə hazırlanmış və milyonlarla tirajla çap olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust 2007-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, "Şərq-Qərb" Nəşriyyat evi tərəfindən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilir və bunlardan 50 cild artıq çap olunmuşdur.


"Şərq-Qərb" Nəşriyyat evində 200-dən çox işçi, nəşriyyat və poliqrafiya sahəsində təcrübəli peşəkarlar, respublikamızda və xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislər çalışır. Müəssisəmizin mətbəəsi Azərbaycanda və regionda ən böyük mətbəələrdən biridir, ən müasir çap avadanlıqları və texnologiyaları ilə təchiz edilmişdir.

"Şərq-Qərb" Nəşriyyat evi 2007-ci ildə Moskva şəhərində keçirilmiş MDB ölkələri "Kitab mədəniyyəti" III Beynəlxalq müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə diplomla təltif olunmuşdur. "Şərq-Qərb" Nəşriyyat evinin mətbəəsi 2009-cu ildə Biznes sahəsində Milli mükafat "İlin mətbəəsi" adını almışdır.

2010-cu ilin sentyabr ayında Almaniyanın Frankfurt şəhərində "Şərq-Qərb" Nəşriyyat evinin ilk xarici nümayəndəliyi fəaliyyətə başlamışdır. 2010-cu ilin oktyabr ayında isə "Şərq-Qərb" Nəşriyyat evi Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan şirkətləri arasında ilk dəfə ayrıca stendlə iştirak etmişdir.

Xüsusi icazə tələb olunan fəaliyyət növləri üzrə "Şərq-Qərb" Nəşriyyat evi aşağıdakı lisenziyalara malikdir:

Kartoqrafiya Lisenziyası

C.H.B. Lisenziyası

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
verilmiş Kartoqrafiya işlərini həyata keçirməyə
icazə verən Lisenziya
 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən
 verilmiş Ciddi hesabat blanklarının hazırlanmasını
 həyata keçirməyə icazə verən Lisenziya