Haqqımızda //

Missiyamız

Vaxtilə bədii qiraəti sevən Azərbaycan oxucusunu nəşr etdiyimiz dərin məzmunlu kitablarımızla yenidən bu gözəl vərdişə qaytarmaq;

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin kiril qrafikasından latın qrafikasına keçməsi barədə tarixi Sərəncamına əsaslanaraq, bütün dünyada yaşayan soydaşlarımıza xalq ədəbiyyatı nümunələrini, klassik və müasir yazıçılarımızın, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini doğma Azərbaycan dilində oxumaq imkanı yaratmaq;

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə məlum Sərəncamını rəhbər tutaraq, gənc nəslin estetik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən və ədəbiyyatın  qızıl fonduna daxil edilən əsərlərin yeni nəşri ilə bərabər, ilk dəfə Azərbaycan dilində macəra, elmi-fantastik, dram, komediya, roman və digər janrlarda yazmış dünya miqyasında tanınan ədiblərin əsərlərini geniş oxucu auditoriyasına çatdırmaq;

Milli mədəniyyətimizin hamisi, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş "Sivilizasiyalararası dialoq" beynəlxalq forumunun nəticələrindən bəhrələnərək, Şərqin müdrikliyi ilə Qərbin texnologiyasını üzvi şəkildə birləşdirmək.