|
Seçilmişlərə əlavə et
1986-cı ildən
20.05.2012 / 17:55:30
|
Ünvan: AZ1123, Bakı,
Aşıq Ələsgər küç., 17 Telefon: +99412 3748343 +99412 3706803 East-west since 1986
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin 2011-ci "Çeslav Miloş ili" elan edilməsi ilə əlaqədar keçirdiyi ədəbi müsabiqədə "Şərq-Qərb" Nəşriyyat evinin Müşahidə Şurasının sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri, şair-esseist Əli Şirin Şükürlünün "Xoşbəxtlik ehtimalı" şeir-essesi birinci yerə layiq görülmüşdür. Müsabiqənin qalibi Polşa Respublikasının dəvəti ilə 22-26 yanvar 2012-ci il tarixdə Varşava və Krakov şəhərlərində səfərdə olmuş, Dövlət Kitab institutunu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşun ev muzeyini, Avropanın ən nüfuzlu nəşriyyatlarından biri "İnstitut Znak" nəşriyyatını, Ədəbiyyat Muzeyini, 13-cü əsrdən etibarən fəaliyyət göstərən Yagellon universitetini və digər mədəniyyət ocaqlarını ziyarət etmiş, müxtəlif elm və mədəniyyət xadimləri ilə görüşlər kecirmiş, polyak ədəbiyyatı və ədəbi mühiti ilə yaxından tanış olmaq imkanı qazanmışdır.
1-ci yerin qalibi kimi şair-esseist Əli Şirin Şükürlünün əsərləri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Polşanın ən nüfuzlu nəşriyyatlardan birində polyak və ingilis dillərində çap olunması nəzərdə tutulmuşdur.