Avadanlıqlar //

KBA Rapida-106

Alman poliqrafiya sənayesinin ən son məhsulu olan "KBA Rapida - 106" rəngli çap maşını regionda ilk dəfə olaraq “Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində qurulmuşdur. Bu çap maşını yüksək sürətlidir və 1 saatda 18 000 vərəq çap edə bilir. Eyni zamanda, bu çap maşını 2 tərəfli çap üsuluna da malikdir və 1 saatda 15 000 vərəq çap edə bilir.


KBA Rapida - 106 çap maşınının iş prosesi (Video)





Texniki göstəriciləri

Kağız formatı:
maksimal (birtərəfli çap / alt-üst (rotasiya) çapı)
740 x 1,060 / 740 x 1,060 mm
minimal (birtərəfli çap / alt-üst (rotasiya) çapı)
340 x 480 / 400 x 480 mm


Çap formatı:
maksimal 730 x 1,050 mm
alt-üst çapda maksimal kağız
720 x 1,050 mm


Çap olunacaq material:
Standart 0,06 - 0,7 mm
Çap üçün nazik kağızdan istifadə 0,04 mm
Kartondan istifadə 1,2 mm
Mikroqofrokartondan istifadə 1,6 mm
Alt/üst (rotasiya) çap maşını 0,8 mm


İstehsalat sürəti:
10 çap seksiyalı 18.000 vərəq/saat
10 çap seksiyalı alt-üst çap maşınında
kağızın bir tərəfli çapı
18.000 vərəq/saat
10 çap seksiyalı alt-üst çap maşınında
kağızın alt-üst çapı
15.000 vərəq/saat


Stapelin hündürlüyü:
Özünizamlama 1.300 mm
Qəbul 1.200 mm


Formaların və ofset təbəqələrin formatı:
Formaların formatı 795 x 1.060 mm
Sürətçıxarmada boş yer 35 mm
Ofset təbəqənin formatı 860 x 1.070 mm