|
Seçilmişlərə əlavə et
1986-cı ildən
20.05.2012 / 17:44:33
|
Ünvan: AZ1123, Bakı,
Aşıq Ələsgər küç., 17 Telefon: +99412 3748343 +99412 3706803 East-west since 1986
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Alman poliqrafiya sənayesinin ən son məhsulu olan "KBA Rapida - 106" rəngli çap maşını regionda ilk dəfə olaraq “Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində qurulmuşdur. Bu çap maşını yüksək sürətlidir və 1 saatda 18 000 vərəq çap edə bilir. Eyni zamanda, bu çap maşını 2 tərəfli çap üsuluna da malikdir və 1 saatda 15 000 vərəq çap edə bilir. Ətraflı >>
"BOBST Novacut-106" kəsmə maşını İsveçrə istehsalıdır və kompyuterlə idarə olunur. Kağız, karton, plastik, taxta və s. materialları istənilən ölçüdə və formada kəsə bilir. İsti və soyuq kəsim lövhəsinə və 1 saatda 8000 vərəqə kimi kəsmə qabiliyyətinə malikdir. Ətraflı >>
"Müller Martini Presto" tel-tikiş maşını öz dövriyyə sürətinə görə ən sürətli maşınlardan biridir. Saatda minimum 1500 t/s, maximum 8000 t/s sürəti ilə işləyir. Bundan başqa "Touch Screen" ekranı ilə asan idarəsi və əlverişli dizaynı maşını işlədənə problem yaratmır və yüksək keyfiyyətli tel-tikiş işləri görür. Eyni anda həm tikiş, həm kəsim, həmdə yığım işini görür. İsveçrə istehsalıdır. Ətraflı >>
İsveçrə istehsalı olan "Muller Martini Ventura MC" sapla tikiş maşınıdır. Yüksək keyfiyyətə və optimal sürətə malikdir. İstənilən formatlarda tikiş işləri görə bilir. Bu avadanlığın ən vacib xüsusiyyətlərindən biri də avtomatik xəta bildirmə qabiliyyətinə malik olmasıdır. Ətraflı >>
"Vatan Makina FC 1450" kəsmə maşını Türkiyə istehsalıdır və yüksək sürətli kəsim gücünə malikdir. Qalınlığı 40 qr/m2-ə qədər olan kağızları və qalınlığı 500 qr/m2-ə qədər olan kartonu kəsə bilir. Ətraflı >>
"YUYİN TYM-1020" maşını çap olunmuş qalın kağız və ya karton vərəqlərdə folqa ilə (qızılı, gümüşü) zər vurulması və ya batıqların vurulması üçün istifadə olunan dəzgahdır. Çin istehsalıdır. Reklam atributları və qutu istehsalında daha çox istifadə olunur. Bu maşında zərlərin vurulmasını və kəsilməsini eyni vaxtda etmək mümkündür. Xüsusi texnologiya sayəsində minimum itki ilə işləmək imkanına malikdir. Ətraflı >>